"Beşiktaş" transferi rəsmiləşdirib
13.08.2024 - 22:22
!["Beşiktaş" transferi rəsmiləşdirib](https://apasport.az/storage/news/2024/august/13/big/66bba3e357b2a66bba3e357b2b172357321966bba3e357b2866bba3e357b29.jpg)
"Beşiktaş" yeni futbolçusu ilə rəsmi müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi Şer Ndour icarə əsasında "ağ-qaraların" heyətinə qoşulub.
20 yaşlı futbolçu bu sezonun sonuna qədər İstanbul nəhənginin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ndourun transfer hüququ Fransanın "PSJ" klubuna məxsusdur.
0
0