“Beşiktaş”da növbəti vida
22.06.2025 - 17:15

"Beşiktaş"da daha bir ayrılıq yaşanmaq üzrədir.
Apasport.az xəbər verir ki, Çiro İmmobile komandanı tərk etmək üzrədir.
Forvard “Bolonya” ilə danışıq aparır. İtaliya klubu 35 yaşlı hücumçuya 2 illik müqavilə təklif edib. O, “Bolonya”da ildə iki milyon avro qazana bilər.
İmmobilenin "Beşiktaş"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
0
0