“Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU
08.01.2026 - 18:19
“Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU

“Beşiktaş”dan ayrılan Yonas Svenssonun yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, norveçli müdafiəçi karyerasını vətənində davam etdirəcək.

32 yaşlı futbolçu “Rozenborq” klubu ilə müqavilə imzalayıb.

Bu barədə Norveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Svensson yeni klubu ilə 2 illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, Yonas bu mövsüm “Beşiktaş”ın heyətində 10 rəsmi oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.