"Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif
14.01.2026 - 14:16
"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 25 yaşlı sol cinah müdafiəçisi üçün İtaliya klubuna bonuslarla birlikdə 10 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, Nunu Tavareş bu mövsüm "Latsio"nun heyətində keçirdiyi 10 oyunda 1 qol ötürməsi edib.
- Millinin hücumçusu klubunu dəyişir
- Qurban Qurbanov: “Hər qələbə bizə əlavə avrokubok təcrübəsi qazandırır”
- İngiltərə millisi Azərbaycanla matça itki ilə çıxacaq
- Ukrayna irəlilədi, Azərbaycan mövqeyində qaldı – UEFA reytinqi
- Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirə start verilib - FOTO
0
0