"Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR
24.07.2025 - 12:29
"Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR

"Beşiktaş" daha bir transferdən imtina edib.

Apasport.az xəbər verir ki, Emerson Royalın Türkiyə klubuna keçidi baş tutmayıb.

İstanbul təmsilçisi ötən günlərdə həm "Milan"la, həm də müdafiəçinin özü ilə anlaşmışdı.

Braziliyalı yaxın günlərdə Türkiyəyə yollanmağı planlaşdırsa da, transfer alınmayıb. Buna səbəb futbolçu uğrunda mübarizəyə "Flamenqo"nun da qoşulması olub. 

Arxa xətt oyunçusunun A Seriyası təmsilçisi ilə danışıqlara başlamasından sonra "Beşiktaş" keçiddən imtina edib.

Qeyd edək ki, "Flamenqo"nun Emerson üçün "Milan"a 10 milyon avro ödəyəcəyi bildirilir.