"Beşiktaş"ın Nunyez planı gözləyir
26.07.2026 - 11:01
"Beşiktaş"ın Darvin Nunyezi transfer edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Beşiktaş"la hazırda "Əl-Hilal"ın formasını geyinən uruqvaylı hücumçu arasında hər hansı konkret irəliləyiş yoxdur.
Nunyez gələcəyi ilə bağlı qərar verməzdən əvvəl çoxsaylı təklifləri dəyərləndirir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2025-ci ilin yayında "Liverpul"dan "Əl-Hilal"a transfer olunub.
0
0