Bosniyaya qarşı ani zərbə - Larin 121 saniyəyə hesabı dəyişdi
13.06.2026 - 00:51
Kanada millisinin futbolçusu Kayl Larin 2026-cı il dünya çempionatında diqqətçəkən göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu Bosniya və Herseqovina ilə oyunda meydana daxil olduqdan cəmi 121 saniyə sonra fərqlənib.
Larin 75-ci dəqiqədə oyuna qoşulub, 79-cu dəqiqədə isə komandasının bərabərlik qolunu vurub.
O, bununla da 2022-ci ilin dekabrında Mərakeşlə matçda meydana daxil olduqdan 43 saniyə sonra qol vuran Randal Kolo Muanidən sonra dünya çempionatında ehtiyatdan oyuna qoşulub ən qısa müddətdə fərqlənən futbolçu olub.
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib
- Ramos İspaniya klubu ilə anlaşmağa yaxındır
- "Yuventus" kapitanı ilə bağlı qərarını verdi - KOMANDADA SAXLAYACAQ
- Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
- Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"
0
0