Braziliyalı hücumçu “Barselona”da
13.06.2023 - 22:34
“Barselona” braziliyalı hücumçu Vitor Rokenin transferini həll edib.
Apasport.az saytı xəbər verir ki, “Atletiko Parananse” futbolçusu ilə 5 illik müqavilə imzalayıb.
Kataloniya klubu qarşı tərəfə 40 milyon avro ödəyəcək. Razılaşmaya görə, “Barselona” bu məbləği üç mərhələdə həyata keçirəcək. Futbolçunun komandaya qoşulması, hələlik, sual altındadır. Bunun üçün rəhbərlik bir neçə oyunçu ilə vidalaşmalı və hücumçunu qeydiyyatdan keçirməlidir.
Qeyd edək ki, Roke “Atletiko Parananse”nin heyətində 43 matçda 12 qol vurub.
- Kevin Medina: “Böyük liqalarda həyata keçirəcəyim arzularım var”
- "Qalatasaray" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib
- Azərbaycan xallarının sayını artırdı, Ermənistan gerilədi - UEFA reytinqi
- Millimiz Avropa çempionatının medal sıralamasında 2-ci oldu
- Milli Paralimpiya Komitəsi: "Daim şəffaflığın tərəfdarı olmuşuq"
0
0