Buskets İnyestaya çatdı
15.05.2023 - 09:54
“Barselona” tarixində 27-ci dəfə İspaniya çempionu olub.
Apasport.az saytının məlumatına görə, 34-cü turda “Espanyol”u 4:2 hesabı ilə məğlub edən Xavinin komandası qızıl medalları təmin edib.
Bu, Kataloniya klubunun kapitanı Serxio Busketsin komandada 32-ci tituludur. O, 9 çempionluq, 7 kubok, 7 Superkubok, 3 Çempionlar Liqası, 3 UEFA Superkuboku və 3 klublararası dünya çempionluğu əldə edib.
Buskets “Barselona”dakı titul sayında Andres İnyestaya çatıb. Hər iki oyunçu klubda 32 uğur əldə edib.
Qeyd edək ki, “Barselona”da ən çox titula Lionel Messi sahib çıxıb – 35 dəfə.
- “Zirə”nin futbolçusu Nigeriya millisi ilə görüşdə meydana çıxıb
- Milinkoviç-Saviçin meneceri narazıdır: “100 milyon çoxdur”
- "Turnir cədvəli ürəkaçan deyil" - MÜSAHİBƏ
- "Fənərbaxça" Superkubok yarımfinalına cidd itkilərlə çıxacaq
- Bədavi Hüseynov: "Sabah əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik"
0
0