Çeferin yenidən UEFA prezidenti seçildi
05.04.2023 - 14:29
![Çeferin yenidən UEFA prezidenti seçildi](https://apasport.az/storage/news/2023/april/05/big/642d4d8f1d790642d4d8f1d7911680690575642d4d8f1d78e642d4d8f1d78f.jpg)
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib.
Apasport.az saytının məlumatına görə, bu, UEFA-nın Konqresində gerçəkləşib.
Qurumun 7-ci prezidenti yeganə namizəd olduğu səsvermədə bu posta seçilib. 55 yaşlı sloveniyalı 2027-ci ilədək UEFA-ya rəhbərlik edəcək.
Qeyd edək ki, 3-cü dəfə qurumun prezidenti seçilən Çeferin 2016-cı ildən bu postu tutur.
0
0