Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu
28.05.2024 - 10:15
![Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu](https://apasport.az/storage/news/2024/may/28/big/66556f2fa013566556f2fa0136171687505566556f2fa013366556f2fa0134.jpg)
Bolqarıstan çempionatında mövsümə yekun vurulub.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da sonuncu matçına çıxıb.
Sözügedən komanda 36-cı tur çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb. “Arda” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.
Cəlal da bu matçın iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
“Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.
0
0