"Çelsi" baş məşqçi axtarışında - NAMİZƏDLƏR BƏLLİ OLDU
23.04.2026 - 15:19
"Çelsi" baş məşqçi axtarışında - NAMİZƏDLƏR BƏLLİ OLDU

Ötən gün Liam Rozenyorla yollarını ayıran "Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

London təmsilçisi komandanı "Bornmut"un çalışdırıcısı Andoni İraolaya həvalə etməyi planlaşdırır. O, "zadəganlar" üçün əsas namizəddir.

Potensial namizədlər arasında "Nyukasl"dan Eddi Hou, "Portu"dan Françesko Farioli də var. Klub həmçinin Filipe Luis və Edin Terziçi də nəzərdən keçirir.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqanın turnir cədvəlində 48 xalla 7-ci sırada qərarlaşıb.