"Çelsi" ÇL üçün 3 yeni transferini daxil etdi, Obameyanqı çıxardı
03.02.2023 - 20:52
"Çelsi" UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üçün sifariş ərizəsini açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya yeni transferlərdən ukraynalı Mixail Mudrik, argentinalı Enso Fernandes və portuqaliyalı Juau Feliks daxil edilib.
Eyni zamanda, qabonlu hücumçu Pyer-Emerik Obameyanq iştirak ərizəsindən çıxarılıb. Yeni transferlərdən Benuva Badyaşil də ora əlavə edilməyib.
Qeyd edək ki, "Çelsi" fevralın 15-də Dortmundda "Borusiya"nın qonağı olacaq.
- Vinisius Junior diskvalifikasiya edilib
- Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq Memorandumu
- Vüqar Nadirov: “Qarabağ” təxribatlara fikir verməsə, rahatlıqla qalib gələcək”
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də
- "Səbail" Türkiyə klubu ilə üz-üzə
0
0