İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu "Strazburq"da çıxış edən Mamadu Sarrın keçidini həll edib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Çelsi" 19 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 15 milyon avro ödəniş etməli olacaq.
Fransalı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Strazburq"da qalacaq.
Gənc oyunçu yayda London klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Strazburq" Mamadu Sarrı mövsümün əvvəlində "Lion"dan transfer edib. 19 yaşlı fransalı Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 14 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Karvan-Yevlax" sabiq baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirib
- "Qarabağ"ın Avropadakı rəqibi kubokun qalibi oldu
- Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə
- Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb
- “Komo” bombardiri ilə müqaviləni yenilədi