"Çelsi" məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə imzalayıb
02.12.2025 - 10:45
Braziliyalı futbolçu Tiaqo Silvanın oğlu İsaqo Silva ilk peşəkar müqaviləsini imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə sol cinah oyunçusunun çıxış etdiyi “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
17 yaşlı İsaqo 13 yaşından “Çelsi”nin akademiyasındadır. O, bu mövsüm U-18 komandasında bir oyuna çıxıb.
Hazırda “Fluminense”də forma geyinən Tiaqo Silva karyerası ərzində “Çelsi”, “Milan”, PSJ kimi klublarda çıxış edib.
- “Neftçi”nın yeni mövsüm formaları - VİDEO
- Millimizin Araz Musayevi bıçaqlayan baş məşqçisi həbs edildi
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Niderland çempionatının qalibi müəyyənləşdi
- Reşford Almaniya nəhənginin hədəfində: "BAVARİYA"DAN TƏKLİF
0
0