“Çelsi” Teo Hernandez üçün hərəkətə keçdi
29.07.2026 - 16:38
İngiltərənin "Çelsi" klubu Teo Hernandezi transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi Fransa millisinin üzvünün nümayəndələri ilə ilkin danışıqlar aparıb.
Tərəflər hazırda mümkün transferin şərtlərini müzakirə edirlər.
Qeyd edək ki, Teo Hernandez bu yay Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılıb və hazırda azad agent statusundadır.
0
0