“Çelsi”nin qış transfer pəncərəsindəki prioriteti bəlli olub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun əsas hədəfi Viktor Osimhendir.
Londonlular Nigeriya millisinin və “Napoli”nin hücumçusunu heyətində görmək istəyir. Klub rəhbərliyi Pyer-Emerik Obameyanq və icarəyə verilən Romelu Lukakudan razı deyil. Bu üzdən hücum xəttində yeniliyə ehtiyac duyulur.
Osimhenə bir çox klubların maraq göstərdiyini bilən “Çelsi” alternativ variantları da nəzərdən keçirir. “Lill”dən Conatan Devid və “Yuventus”dan Duşan Vlahoviç də bu siyahıdadır.
Qeyd edək ki, “Çelsi” 10 oyundan sonra 20 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
- Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək
- “Mançester Yunayted”dən 100 milyonluq transfer
- Bakıda keçirilən Dünya Kubokunda qaliblər mükafatlandırılıb
- “Denver”in qələbəsi qeydə edildi, 10 nəfər yaralandı
- Rati Ardazişvili: "Aptsiauri “Kəpəz”də Toni Kroos kimi ola bilər, çünki bu cür bacarığı var"