"İpsviç"in hücumçusu Liam Delap karyerasını İngiltərə Premyer Liqasının iddialı klublarından birində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu ilə Londonun “Çelsi” klubu maraqlanır. “Mançester Yunayted” futbolçu ilə bağlı mübarizədə “mavilər”in əsas rəqibi hesab olunur.
Mərkəz hücumçusunun "İpsviç"lə müqaviləsində 47 milyon avroluq satınalma bəndi var.
Bu mövsüm ingilis forvard 32 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
- Ozan Can Kökçü: “Nə danışsam, yanlış başa düşülər”
- Oyun alqı-satqısı ilə ittiham olunan Kantariya: "Hər şey alt-üst oldu"
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- 17 yaşlı futbolçumuz Türkiyədə debüt edib
- Maksim Medvedev: “Çalışırdım ki, həmin epizodu unudum”