“Çelsi” yetirməsini geri çağırdı
15.01.2025 - 18:44
İngiltərə Premyer Liqası komandalarından “Çelsi” yetirməsini geri qaytarıb.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” hazırda “Kristal Pelas”da icarə əsasında çıxış edən mərkəz müdafiəçisi Trevoh Şalobanı müqaviləsindəki bənddən istifadə edərək geri çağıırıb.
Buna səbəb, London klubunda həmin mövqedə çıxış edən Uesli Fofana və Benua Badiaşilin zədədən əziyyət çəkməsi olub.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi bu mövsüm “Kristal Pelas”ın heyətində 14 rəsmi matçda 3 qol ilə yadda qalıb.
- Taekvondoçumuz "Böyük Dəbilqə"nin qalibi oldu
- III MDB Oyunlarının səkkizinci günü: 9 idman növü üzrə yarışlar keçiriləcək
- “Şəfa” rəsmisi: “Fuad Musayevin ailəsindən halallıq almışıq və artıq “ASK Arena”dayıq” - MÜSAHİBƏ
- Günün oyunları bu kanallarda - TV AFİŞA
- "Boston Seltiks"lə bağlı Ceff Bezos iddiasına aydınlıq gəlib
0
0