"Çelsi"də ciddi itki
13.02.2025 - 17:32
İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Nikolas Cekson sıradan çıxıb.
Tibbi müayinədən keçən seneqallı futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. 23 yaşlı forvard 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ”ın hücumçusu ölkəsinin ən yaxşıları sırasında
- “Yuventus”a 15 milyonluq tələb
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Uruqvayın "qatillər"i Qətərdən GÖNDƏRİLDİ
0
0