“Çelsi”dən Çempionlar Liqası xəyalına vida
27.04.2023 - 09:25
“Çelsi” 2023/24 mövsümündə Çempionlar Liqasında oynamayacaq.
Apasport.az saytının məlumatına görə, London klubu Avropanın bir nömrəli klub turnirinə vəsiqə qazanmaq şansını itirib.
Bu, İngiltərə Premyer Liqasının XXXIII turunda rəsmiləşib. “Brentford”a 0:2 hesabı ilə uduzan “zadəganlar” ilk “dördlüy”ə düşməyə nəzəri şanslarını da əldən verib.
11-ci pillədə qərarlaşan “Çelsi” Çempionlar Liqası zonasından 20 xal geri qalıb. 6 matçı qalan komanda bu fərqi aradan qaldıra bilməyəcək.
Qeyd edək ki, londonlular cari mövsümdə Çempionlar Liqası ilə 1/4 finalda vidalaşıb.
- Millimizin Haiti və Belarusla oyunları üçün heyəti açıqlanıb
- Siyasət Əsgərov: “Heç-heçə ədalətli nəticə oldu”
- Millimiz Avropa çempionatına qələbə ilə start verdi
- Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
0
0