"Çelsi"dən unikal göstərici
23.10.2025 - 09:59

“Çelsi” Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”ı məğlub edib – 5:1.
Apasport.az xəbər verir ki, görüşdə “zadəganlar”ın 3 gənc oyunçusu fərqlənməyi bacarıb. 19 yaşlı Mark Qiu, 18 yaşlı Estevao və 18 yaşlı Tayrik Corc niderlandlılara qol vurub.
“Çelsi” turnir tarixində bir matçda üç yaşı 20-dən az olan futbolçusu qol vuran ilk komanda olub.
0
0