"Çelsi"nin futbolçusu əməliyyat oluna bilər
17.04.2024 - 21:09
"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes belindəki yırtıqdan qurtulmaq üçün əməliyyata girməyi düşünür.
Apasport.az xəbər verir ki, artıq bir neçə aydır ki, hər oyundan əvvəl argentinalıya meydançada diskomfort yaşamaması üçün iynə vurulur.
Enzo əməliyyat olunarsa, onun sağalması təxminən üç həftə çəkəcək.
Qeyd edək ki, argentinalı dünya çempionu bu mövsüm "zadəganlar"ın heyətində İngiltərə Premyer Liqasında 27 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Millinin baş məşqçisi: "Qrupdan çıxmaq şansımız olmasa da..."
- Fanatlar Edeqoru seçdilər
- "Qarabağ"ın təxirə salınmış matçının vaxtı bilindi
- Emin İmaməliyev: "Yəqin ki, Kadi "Ferentsvaroş"u daha çox istəyib deyə..." - MÜSAHİBƏ
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
0
0