Çempionatda 400-cü oyun
12.11.2022 - 10:07
![Çempionatda 400-cü oyun](https://apasport.az/storage/news/2022/november/12/big/636f38505740f636f3850574101668233296636f38505740d636f38505740e.jpg)
Mönhenqladbax “Borussiya”sı ilə oyun Dortmund “Borussiya”sının kapitanı Mats Hummels üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Bundesliqanın XV turu çərçivəsində keçirilən görüş ulduz futbolçunun yubileyi ilə yadda qalıb.
78-ci dəqiqədə əvəzlənən Hummels Almaniya Bundesliqasında oyun sayını 400-ə çatdırıb. Ancaq komandası ona yubiley qələbəsi hədiyyə edə bilməyib. Qarşılaşma mönhenqladbaxlıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi karyerası ərzində yalnız “Borussiya” və “Bavariya”nın formasını geyinib.
0
0