Çempionlar Liqasında belə şey olmamışdı
08.09.2022 - 10:31
![Çempionlar Liqasında belə şey olmamışdı](https://apasport.az/storage/news/2022/september/08/big/63198c425062363198c4250624166261869063198c425062163198c4250622.jpg)
Antuan Qrizmann Çempionlar Liqası tarixində ən gec qolun müəllifi olub.
Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu “Porto” ilə qarşılaşmanın startından 100 dəqiqə 18 saniyə sonra qol vurub.
Bu qol madridlilərə 2:1 hesablı qələbə qazandırıb. Qrizmann “Atletiko”nun digər oyunçusu Luis Suaresin rekordunu arxada qoyub. Uruqvaylı ötən mövsüm “Milan”a 96 dəqiqə 21 saniyədən sonra qol vurmağı bacarıb.
Qeyd edək ki, “Atletiko” – “Porto” matçındakı bütün qollar ikinci hissəyə artırılan dəqiqələrdə vurulub.
0
0