![Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər](https://apasport.az/storage/news/2023/april/25/big/64481ec312d2164481ec312d22168244806764481ec312d1f64481ec312d20.gif)
UEFA Çempionlar Liqasının finalı gələcəkdə ABŞ-də keçirilə bilər.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı mütəxəssis bu variantın 2025-ci ildən sonra reallaşa biləcəyini deyib: “Mümkündür. Biz bu ideyanı dünya çempionatından sonra müzakirə etməyə başlamışıq. Bu il Çempionlar Liqasının finalı İstanbulda, 2024-cü ildə Londonda, 2025-ci ildə Münxendə keçiriləcək. Ondan sonra ABŞ variantına baxacağıq.
Futbol hazırda ABŞ-da çox populyardır. Amerikalılar Avropa futbolunu Avropadakı basketbol azarkeşlərinin NBA-nı izlədiyi kimi izləyirlər”.