ÇL finalında geyindiyi formanı hərraca çıxardı
29.12.2025 - 16:55
"Çelsi"nin sabiq futbolçusu Con Terri 2008-ci ildə Çempionlar Liqasının finalında geyindiyi formanı hərraca çıxarıb.
Apasport.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Sözügedən görüşdə "Çelsi" "Mançester Yunayted"lə qarşılaşıb. Oyunda "zadəganlar" "qırmızı şeytanlar"a penaltilər seriyasında uduzaraq 2-ci yeri tutublar.
45 yaşlı keçmiş müdafiəçi isə həmin formanı satmaq qərarına gəlib.
Qeyd edək ki, Con Terri 1998-2017-ci illərdə "Çelsi"nin formasını geyinib. O, 2003-2012-ci illərdə İngiltərə millisinin üzvü olub.
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- “Fənər” Fransa millisinin üzvü ilə maraqlanır
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
- "Qalatasaray"ın UEFA siyahısına əlavə etdiyi adlar açıqlanıb
- “Zirə” və “Sabah”ın əvəzedicilərindən darmadağın
0
0