Türkiyə Super Liqasının yeni təmsilçisi "Çorum FK" heyətini Lusiano Rodriqeslə gücləndirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Çorum təmsilçisi Səudiyyə Ərəbistanının NEOM klubunda çıxış edən uruqvaylı hücumçu ilə razılıq əldə edib.
NEOM Lusiano Rodriqesi ötən mövsümün əvvəlində 20 milyon avro qarşılığında heyətinə qatmışdı. 23 yaşlı futbolçu geridə qalan mövsümdə 31 oyunda meydana çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Lusiano Rodriqesin NEOM-la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
- Ən çox qolsuz heç-heçə edən komanda və qırılan seriya
- "Zirə"nin rəqibi təcrübəli futbolçusu ilə yollarını ayırdı
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO
- “Ayntraxt”ın Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq
- “Lion” gəncləri satışa çıxarır