Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı
03.09.2024 - 10:49
Almaniyada Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” doğma meydanda “Herta Zelendorf”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, komandasının 1-ci dəqiqədə ilk qolunu vurub. Hazırda "Dinamo" 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- “Yuventus” ondan əl çəkmir
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- Sabiq "Qarabağ"lı vətəninə qayıtdı - Birinci Liqada çıxış edəcək
- Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib
- Azərbaycan Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatdı - YENİLƏNİB
0
0