DÇ-2022: Mərakeş üçün ciddi təhlükə
24.11.2022 - 17:50
Mərakeş milli komandası ciddi itki təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisinin ulduz futbolçusu Əşrəf Hakimi ombasında problemlərlə üzləşib.
PSJ-də çıxış edən 24 yaşlı müdafiəçi Xorvatiya ilə DÇ-2022-nin ilk turunun matçında narahatçılıq hiss edib. Ağrılara baxmayaraq görüşü sona çatdıran Əşrəfın Belçika ilə noyabrın 27-dəki qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, Mərakeş ilk turda Xorvatiya ilə qolsuz heç-heçə edib.
- La Liqa klubunun heyətində ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU
- UEFA-nın dəstəyi ilə Lənkəranda “Qızlar Futzal Kuboku” keçirilib
- Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək
- Millimizin qrup mərhələsindəki rəqibləri bəlli oldu
- Milli komandalarımıza xarici məşqçilər dəvət ediləcək
0
0