İngiltərə millisi DÇ-2026-da ilk oyunu öncəsi gözlənilməz hadisə ilə üzləşib.
“Daily Mail”in məlumatına görə, komandanın Kanzasdakı ilk məşqindən əvvəl yığmanın ləvazimatları oğurlanıb.
Hadisə avadanlıqların Floridadakı hazırlıq düşərgəsindən Kanzasdakı bazaya daşınması zamanı baş verib.
Oğurlanan əşyalar arasında İngiltərə millisinin ulduz futbolçularına məxsus butslar, rəsmi turnir topları, məşq avadanlıqları, analiz ləvazimatları, baş məşqçi Tomas Tuxelin taktiki lövhələri və masaj masalarının olduğu bildirilir.
Məlumata görə, hadisədən sonra komanda əməkdaşları futbolçular üçün təcili şəkildə yeni butslar və məşq avadanlıqları tapmağa çalışır.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.
Komanda L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparır.