De Bruyne Türkiyə yolunda
13.02.2025 - 19:58
![De Bruyne Türkiyə yolunda](https://apasport.az/storage/news/2025/february/13/big/67ae16a80882d67ae16a80882e173946231267ae16a80882a67ae16a80882b.jpeg)
Belçika millisi və "Mançester Siti"nin ulduzu Kevin De Bruyne karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Qalatasaray" klubu yaxından maraqlanır.
Bu barədə "AS" nəşri məlumat yayıb.
"Qalatasaray" De Bruyneni nə vaxt heyətinə qatmaq istəyir?
Super Liqa təmsilçisi oyunçunu mövsümün sonunda heyətinə qatmağı düşünür.
Xatırladaq ki, yarımmüdafiəçi ilə Amerika klubları da yaxından maraqlanır.
Kevin De Bruynenin "Mançester Siti"dəki statistikası
Qeyd edək ki, Belçika millisinin üzvü "Siti"nin heyətində keçirdiyi 408 matçda 105 qol, 173 assistlə yadda qalıb.
0
0