De Bruynenin "Napoli" ilə müqavilə detalları müəyyənləşdi
11.06.2025 - 13:49
"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Kevin De Bruyne "Napoli"yə keçib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə İtaliya klubu arasında müqavilə tam razılaşdırılıb.
De Bruyne tezliklə tibbi müayinədən keçəcək və transfer rəsmən açıqlanacaq. Onun "Napoli" ilə müqaviləsi 2 illik olacaq.
Ötən mövsüm belçikalı futbolçu “Mançester Siti” ilə 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
- PFL-in yeni prezidenti: “Bu, inkişafa təkan verəcək”
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- İki boksçumuz Rusiyadakı turnirdə finala yüksəlib
- “Bir xal 80 faizə bərabərdir” - MÜSAHİBƏ
- İngiltərəli forvard Bundesliqanın ən yaxşısı seçildi
0
0