İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini artırıb.
Apasport.az xəbər verir ki, RFEF-in İdarə Heyəti 65 yaşlı mütəxəssislə əməkdaşlığın 2032-ci ilə qədər davam etdirilməsini yekdilliklə təsdiqləyib.
De la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi olub.
Yeni anlaşma mütəxəssisin AVRO-2028, 2030-cu il dünya çempionatı və AVRO-2032-də də İspaniya millisinin “sükanı arxasında” qalmasını nəzərdə tutur.
Qeyd edək ki, DÇ-2030-un əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin yüzilliyi münasibətilə Paraqvay, Uruqvay və Argentinada da oyunlar keçiriləcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Neftçi”nin baş icraçı direktoru Bəxtiyar Musayevi təbrik etdi
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- “İnter” fransalı forvard üçün 50 milyon tələb edir
- Cengiz Ünder Türkiyə qayıdır