Dembelenin arzusu
04.04.2023 - 12:00

Usman Dembele yayda “Barselona”nı tərk etmək istəyir.
Apasport.az saytı xəbər verir ki, 25 yaşlı cinah hücumçusu “Liverpul”da oynamaq arzusundadır.
Fransa millisinin də şərəfini qoruyan Dembeleyə PSJ, "Mançester Yunayted" və "Çelsi" də təkliflər göndərsə də o, Mersisayd klubuna keçmək təklifini daha cəlbedici hesab edir.
Qeyd edək ki, hücumçu bu mövsüm La Liqada 18 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin Kataloniya klubu ilə müqaviləsi gələn il başa çatacaq.
- “Şimal” qələbə qazandı - I Liqaya yüksəldi
- Yüksək Liqa: "Azərreyl" "Abşeron"la üz-üzə
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Premyer Liqa klubu Lunini heyətinə cəlb etmək istəyir
0
0