Devid parıldadı: Messidən sonra ikinci het-trik
19.06.2026 - 04:28
Devid parıldadı: Messidən sonra ikinci het-trik

2026-cı il dünya çempionatının B qrupunda keçirilən Kanada - Qətər oyunundan sonra matçın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, Kanada millisinin hücumçusu Conathan Devid bu ada layiq görülüb.

26 yaşlı forvard Qətərə qarşı görüşdə 3 qolla yadda qalıb və komandasının 6:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Devid bununla DÇ 26-da Messinin ardınca het-trik edən ikinci futbolçu olub. 

Qeyd edək ki, Kanada millisi ikinci turdan sonra 4 xalla B qrupunda liderdir.