Di Mariya fikrindən döndü: “Qalıram”
24.12.2022 - 13:46
![Di Mariya fikrindən döndü: “Qalıram”](https://apasport.az/storage/news/2022/december/24/big/63a6c6e355db763a6c6e355db8167187427563a6c6e355db363a6c6e355db5.jpg)
Argentina millisinin və PSJ-nin futbolçusu Anxel di Mariyanın yığmadakı gələcəyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bununla bağlı qərar verib.
O, DÇ-2022-dən sonra da milli karyerasını davam etdirəcək. Mundialdan öncə bu turnirin yığmadakı son çıxışı olduğunu açıqlayan Anxel fikrini dəyişib.
Qeyd edək ki, di Mariya yığmadakı 129 matçda 28 qol vurub.
0
0