
“İnter”in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” italiyalı futbolçu ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim rəhbərlikdən Dimarkonun transferini tələb edib.
“Yunayted” yanvar ayında 27 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün A Seriyası təmsilçisinə rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Dimarko bu mövsüm “İnter”in heyətində çıxdığı 12 rəsmi oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.