Diniyev oynadı, komandası heç-heçə etdi
22.02.2025 - 22:39
Diniyev oynadı, komandası heç-heçə etdi

Coşqun Diniyevin çıxış etdiyi "Çorum" Türkiyə I Liqasının 26-cı turunda xal itirib.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası öz meydanında "Adanaspor"la qarşılaşıb.

Qonaqlar oyunda hesabı açsalar da, ikinci hissədə meydan sahibləri bərabərlik qolunu vurublar. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu görüşdə Diniyev son dəqiqədə meydana daxil olub.

Vacib iki xal itirən "Çorum" 39 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Coşqunun komandası növbəti turda səfərdə "Iğdır"ın qonağı olacaq.