“Dortmund” isveçli futbolçunu heyətinə qatdı - RƏSMİ
14.05.2025 - 19:54
Almaniya Bundesliqası təmsilçilərindən "Borussiya Dortmund" "Norşellan"dan icarəyə götürdüyü Daniel Svenssonu birdəfəlik transfer edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Borussiya" Svensson üçün Danimarka klubuna 6,5 milyon avro ödəniş edib.
23 yaşlı futbolçu ilə 2029-cu ilinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, "Dortmund" Daniel Svenssonu yanvar ayında icarəyə götürmüşdü.
İsveç millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Nant”ın ilk xalı, “Monako”nun ilk itkisi
- Musa Qurbanlının “Torino”ya keçid FAİZİ
- Yalnız Azərbaycanda: Oyun zamanı stadionun dam örtüyü yenilənir - VİDEO
- Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib
- Cavid Hüseynov: "Liqalar arasındakı fərq həqiqətən də böyükdür" - MÜSAHİBƏ
0
0