Dursun Özbekdən oyunçulara jest: "Liverpul"u keçsəniz...
18.03.2026 - 13:46
Dursun Özbekdən oyunçulara jest: "Liverpul"u keçsəniz...

“Qalatasaray” bu axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Liverpul”la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek komandanın növbəti mərhələyə vəsiqə qazanacağı halda futbolçulara 5 milyon avro bonus verəcəyini bildirib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Xatırladaq ki, klub prezidenti daha əvvəl Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus” üzərində qələbə münasibətilə komandaya 3 milyon avro bonus təqdim etmişdi.

Qeyd edək ki, “Liverpul” – “Qalatasaray” görüşü bu axşam Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.