"Qalatasaray" bu axşam Çempionlar Liqasının 1/8 final mərəhələsinin ilk oyunu çərçivəsində doğma meydanda İngiltərə "Liverpul"unu qəbul edəcək.
Apasport.az xəbər verir ki, klubun prezidenti Dursun Özbek gündəmlə bağlı bir sıra açıqlamalar verib.
Özbek "cim-bom"un hədəflərindən və yaxın keçmişdə qazanılan uğurlardan danışıb:
"Mənim xəyallarım var. Bu xəyallara insanlar inanmaya bilər. Məsələn Viktor Osimheni 75 milyon avroya alacağımıza heç kim inanmırdı. Amma mən inandım. İllik 15 milyon avro maaşı var. 6 milyon avro da reklam və sponsorluqdan gəlir əldə edir. Mənim xəyalım "Qalatasaray"ı Avropanın ən böyük 5 klubundan biri etməkdir".
Bundan əlavə Dursun Özbek bu mərhələdə "Liverpul"u keçəcəkləri təqdirdə komandaya 4 milyon avro bonus verəcəklərini açıqlayıb.
Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" görüşü bu axşam Bakı vaxtilə 21:45-də start götürəcək.