Ederson “şəhərlilər”in radarında
29.04.2025 - 16:28
Ederson “şəhərlilər”in radarında

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, “şəhərlilər” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək niyyətindədir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, A Seriyası klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.

Oyunçunu “Siti”dən başqa “Mançester Yunayted”də heyətinə qatmaq istəyir.

Xatırladaq ki, “Atalanta” 25 yaşlı futbolçunu 2022-ci ildə “Salernitana”dan 22,9 milyon avroya transfer etmişdi.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm komandası ilə meydana çıxdığı 45 rəsmi matçda 5 qol, 2 assistlə yadda qalıb.