“Əl-Nəsr” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
20.03.2025 - 23:53
"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaeş karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr" yayda braziliyalı futbolçunu heyətinə cəlb etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ərəblər futbolçuya illik 20 milyon avro, "topçular"a isə 100 milyon avro ödəniş etməyə hazırdır.
Xatırladaq ki, Qabriel London təmsilçisinə 2020-ci ildə "Lill"dən 26 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm "Arsenal"ın heyətində iştirak etdiyi 41 rəsmi matçda 5 qol, 1 assistlə yadda qalıb.
- Emreli oynadı, “Nürnberq” qələbə qazandı
- "Flamenqo"nun baş məşqçisi: "Juninyo bizə çox kömək edəcək"
- Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
- "Neftçi"dən ayrıldı, İsrailə getdi
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
0
0