"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezin karyerasını harada davam etdirəcəyi məlum olub.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "Çelsi" argentinalı yarımmüdafiəçini komandanın əsas oyunçularından hesab edir. Bu səbəblə London klubu onu bu yay satmayacaq.
Daha əvvəl 24 yaşlı futbolçu ilə İspaniya klublarının maraqlandığı bildirilirdi.
Qeyd olunur ki, yarımmüdafiəçinin özü də "Çelsi" ilə Çempionlar Liqasında oynamaq istəyir.
Fernandesin "Çelsi" ilə müqaviləsi 2032-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
- Sanço üçün 55 milyon
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- Rusiya UEFA-dan çıxmaq üçün müraciət edəcək
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır