Erik Dayer "Bavariya"da
10.01.2024 - 18:25
"Bavariya" ingilis müdafiəçinin transferini razılaşdırıb.
Apasport.az xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem"in və İngiltərə millisinin müdafiəçisi Erik Dayerin transferi ilə bağlı şifahi razılığa gəlib.
Keçidin qiyməti təxminən 4 milyon avro olacaq. Müqavilə “1+1” sxemi üzrə imzalanacaq.
Dayer 2014-cü ilin yayında "Sportinq"dən "Tottenhem"ə keçib. Onun ingilislərlə razılaşması mövsümün sonunda başa çatırdı.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 4 oyun keçirib.
- DÇ-2026: Türkiyənin potensial rəqibləri bəlli olub
- Türkiyə liqalarında komanda sayları azaldılır - RƏSMİ
- "Kəpəz" öz meydanında 20-ci böyükhesablı məğlubiyyətini alıb
- Taekvondo yığmamız Avropa çempionatına yollandı
- Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəd olub
0
0