İngiltərədə “Everton”un başı dərddən qurtulmur.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubunu yeni cəzalar gözləyir.
Ötən günlərdə maliyyə feyr-pley qaydalarına əməl etmədiyi üçün 10 xalı silinən Mersisayd təmsilçisi yenidən eyni təhlükə ilə üz-üzədir. Premyer Liqa rəhbərliyi komandadan 2022/23 mövsümünə aid maliyyə sənədlərini ən geci dekabrın 31-nə kimi onlara təhvil verməsini istəyib. Sözügedən sənədlərin təhlilindən sonra “Everton”un daha bir xal silmə cəzasına məruz qalacağı iddia olunur.
Qeyd edək ki, hazırda 4 xalı olan komanda “Börnli” ilə birlikdə turnir cədvəlinin son iki pilləsində yer alır.
- Saşa Yunisoğlu: "Mən düşünürəm ki, bu yoldaşlıq oyunları yersizdir" - MÜSAHİBƏ
- "Braqa"nın baş məşqçisi: "Bu matç heç nəyi həll etmir"
- “Qrasshoppers” Renatla yeni müqavilə bağladı
- Mişel Platini: "Kenan Yıldız mənim kimi yaradıcı olsun"
- “Kocaelispor”un baş məşqçisi: "Ramilin fiziki hazırlığı tam deyil"