Fatih Terim pley-offa qələbə ilə başladı
11.03.2024 - 12:08
![Fatih Terim pley-offa qələbə ilə başladı](https://apasport.az/storage/news/2024/march/11/big/65eebc1da63c465eebc1da63c5171014454165eebc1da63c165eebc1da63c3.jpg)
"Georgios Karaiskakis" stadionunda keçirilən pley-off mərhələsinin ilk həftə matçında "Olimpiakos" "Panatinaikos"u qəbul edib.
Apasport.az xəbər verir ki, meydan sahibləri Daniel Podensin 23-cü dəqiqədə vurduğu qolla 1:0 önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. "Panatinaikos" derbidə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu nəticə ilə aktivində 59 xal olan "Panatinaikos" 57 xalla 4-cü pillədə qərarlaşan "Olimpiakos"u qabaqlayaraq üçüncü yerə yüksəlib.
0
0