“Fənərbaxça” 6 futbolçu ilə yollarını ayıracaq: TEDESKOYA GÖRƏ
28.04.2026 - 19:31
“Fənərbaxça” 6 futbolçu ilə yollarını ayıracaq: TEDESKOYA GÖRƏ

Türkiyə Super Liqa təmsilçisi “Fənərbaxça” mövsümün sonunda 6 futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İstanbul klubu baş məşqçi Domeniko Tedeskonun qovulmasına etiraz edən Çağlar Söyüncü, Sidiki Şerif, Dorgeles Nene, Arçi Braun, Yiğit Efe Demir və Cengiz Ünderlə vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça” hazırda turnir cədvəlində 67 xalla lider “Qalatasaray”dan 7 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.