"Fənərbaxça" braziliyalı ilə yollarını ayırdı
09.02.2024 - 11:18
"Fənərbaxça"nın braziliyalı yarımmüdafiəçisi Linkoln Henrike vətəninə qayıdıb.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərd" klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqantino” klubunda çıxış edəcək. Onun müqaviləsinə satın alma variantı da daxil edilib.
Qeyd edək ki, bu mövsüm yalnız 1 rəsmi matçda meydana çıxan Linkoln aktivinə 1 qol və 1 asist yazdırıb.
- Baxşıyev Yunanıstanda jurnalistlərin suallarını cavablandıracaq
- İkardi “Qalatasaray”dan ayrılır? - Braziliya klubu maraqlanır
- Futzal üzrə Yüksək Liqada çempionluq matçına hakim təyinatları açıqlanıb
- "Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
- “Bavariya”nın Keyndən imtina SƏBƏBLƏRİ
0
0